Kürdəmirdə ruhi xəstə  tənha qadının evinə BASQIN ETDİ
11 fevral 2026 16:55 (UTC +04:00)

Kürdəmirdə ruhi xəstə tənha qadının evinə BASQIN ETDİ

0

Kürdəmirdə evə basqın olub.

Lent.az xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Kənd sakini olan 28 yaşlı Rüfət Mirzəyev (ad və soyad şərtidir) gecə saat 23 radələrində həmkəndlisi olan 66 yaşlı Gülçöhrə Əzimovanın (ad və soyad şərtidir) evinin yaxınlığından keçib. Rüfətin sözlərinə görə, həmin vaxt marketə kontur almağa gedirmiş. Gülçöhrənin evinin yanından keçərkən onun mənzilinə daxil olmaq istəyib. Lakin darvaza bağlı olduğu üçün qonşunun nar bağından Gülçöhrənin həyətinə girə bilib.

G. Əzimova səs-küyə evin giriş qapısından boylanıb. Bu zaman Rüfət əlləri ilə qadının ağzını və burnunu tutaraq evə doğru itələyib. Qadın ondan xilas olmaq üçün Rüfəti vurub və itələyib. Rüfət də qadını buraxmamaq və müqavimətini qırmaq üçün üzünə, başına, eləcə də sinəsinə yumruq və sillə ilə zərbələr vurub. Qadın birtəhər onu itələyərək həyətə çıxıb və qonşuları köməyə çağırıb. Daha sonra isə huşunu itirərək yıxılıb. Evdən qaçmaq istəyən Rüfəti isə qonşular saxlayaraq polisə təhvil veriblər.

Onun bu hərəkəti kənd camaatını qorxuya salıb. Sakinlər Mirzəyevin onlarımn da evinə girə biləcəklərindən ehtiyat etməyə başlayıblar. Buna görə də onlar Rüfəti tutaraq, polisə təslim ediblər.

Zərərçəkən Gülçöhrə Əzimova bildirib ki, 2002-ci ildə həyat yoldaşı vəfat edəndən sonra tək yaşayır və övladı yoxdur. Təqsirləndirilən şəxsi psixi problemləri olan şəxs kimi tanıyır.

Təqsirləndirilən şəxsin valideyni də ifadəsində oğlunun psixi problemlərinin olduğunu və psixiatriya müəssisəsində müalicə aldığını deyib. Onun sözlərinə görə, 2018-ci ildə Rüfəti avtomobil vurub və aldığı ağır xəsarətlərə görə indi də çətinliklə yaşayır. O bildirib ki, kənddə hamı Rüfəti xəstə kimi tanıyır və görəndə su, çörək yaxud 1-2 manat pul verərək sevindirir.

Məhkəmə araşdırması zamanı məlum olub ki, R. Mirzəyevdə əqli gerilik olsa da, hadisələri qavramaq qabiliyyətinə malikdir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur.

Təqsirləndirilən şəxs məhkəmədən barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Kürdəmir rayon Məhkəməsinin qərarı ilə R. Mirzəyev barəsində amnistiya aktı tətbiq olunub və o məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar