Laçında qardaş qardaşı qətlə yetirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, avqustun 12-də Laçın rayonu ərazisində Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 52 yaşlı Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Hadisə ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Araşdırmalar aparılır.