Masallıda kişi qayınatasına görə  QAN TÖKDÜ
05 dekabr 2025 15:32 (UTC +04:00)

Masallıda kişi qayınatasına görə QAN TÖKDÜ

0

Masallıda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb.

47 yaşlı Adil Qəribov (ad və soyad şərtidir) qəsəbə ərazisində küçədə qayınatası haqqında xoşagəlməz sözlər işlədən həmkəndlisi ilə rastlaşıb. Ondan dediyi sözlərə aydınlıq gətirməsini istəyəndə tərəflər arasında mübahisə düşüb. Dava zamanı Adil həmkəndlisinin qarnına bıçaqla vuraraq, xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb və Adil Qəribov şübhəli şəxs qismində saxlanılıb.

O, ifadəsində zərərçəkənlə barışıq əldə olunduğunu deyib və cinayət işinə xitam verilməsini istəyib. Həmçinin zərərçəkən də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd edib.

Masallı rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Adil Qəribov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar