Xəzər dənizində qayıq aşdı,  bir balıqçının meyiti tapıldı
21 oktyabr 2026 10:15 (UTC +04:00)

Xəzər dənizində qayıq aşdı, bir balıqçının meyiti tapıldı

0

Dağıstanda, Xəzər dənizinin Sulak çayının mənsəbindən cənub-şərqdə yerləşən akvatoriyasında qayıq aşıb.

Lent.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər dənizə düşərək itkin düşüb.

İtkin düşənlərin axtarışına Rusiya Fövqəladə Hallar Nazirliyinin 28 əməkdaşı və 12 xüsusi texnikası cəlb olunub.

Axtarışlar nəticəsində dənizdə itkin düşən kişilərdən birinin meyiti tapılıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd olunur ki, itkin düşənlər balıqçılar olub. İkinci şəxsin axtarışları davam etdirilir.

Hadisənin başvermə səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar