Maskaya görə supermarketdə kassiri GÜLLƏLƏDİ
16 iyun 2021 07:12 (UTC +04:00)

Maskaya görə supermarketdə kassiri GÜLLƏLƏDİ

ABŞ-ın Corciya ştatında bir supermarketdə tibbi maskanın taxılması ilə bağlı mübahisəyə görə atışma olub.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. 

Məlumata görə, kassir müştəridən maska taxmağı xahiş edib. Onların arasında mübahisə yaranıb. Bundan sonra müştəri mağazadan alış-veriş etmədən çıxıb, əlində silahla geri qayıdıb. Heç nə demədən bir başa kassirə atəş açıb. Kassir xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İnsident bununla da bitməyib. Sonradan cinayətkarla mühafizəçi atışıb. Nəticədə iki nəfər yaralanıb. 

Mühafizəçi iki güllə yarası ilə xəstəxanaya çatdırılıb, güllə yarası alan ikinci şəxs də kassirdir və ona hadisə yerində tibbi yardım göstərilib. 

Cinayətkar atışmadan sonra supermarketdən çıxmağa çalışsa da, saxlanılıb.

# 1605
avatar

Oxşar yazılar