Məhkəmə kafedə adam bıçaqlayan gənci AZADLIĞA BURAXDI
21 yanvar 2025 18:08 (UTC +04:00)

Məhkəmə kafedə adam bıçaqlayan gənci AZADLIĞA BURAXDI

Bakıda kafedə yeyib içdikdən sonra tanışını bıçaqlamaqda təqsirləndirilən Rüstəm Qənbərlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Lent.az-ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. 

Təqsirləndirilən şəxsin vəkili Yusif Seyfəlov müdafiə çıxışı edərək, Rüstəm Qənbərlinin ilk məhkumluğunu, şikayətçi ilə barışıq əldə etməsini və törətdiyi əməldən səmimi peşman olmağını nəzərə alınmasını hakim korpusundan xahiş edib.

Son sözlə çıxış edən Rüstəm Qənbərlidə törətdiyi əməldən peşman olduğunu bildirib. 

Müşavirədən qayıdan məhkəmə hökmü elan edib. 

Hökmə əsasən, Rüstəm Qənbərliyə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona cəza kimi 3 il şərti olmaqla 2 il sınaq müddəti verilib.

Yəni Rüstəm 2 il sınaq müddətini polis nəzarəti altında keçirməli olacaq. 

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "111" adlı kafenin qarşısında baş verib. Belə ki, Rüstəm Qənbərli kafedə yeyib-içdikdən sonra çölə çıxıb. Bu zaman kafenin qarşında bir neçə şəxs mübahisə edib. Rüstəm isə onları sakit olmağa çağırıb. Ancaq Rüstəmin sözü mübahisə edənlərin xoşuna gəlməyib və onlar arasında dava şiddətlənib. Bundan sonra təklənən Rüstəm cibində olan bıçaqla Qurbanov Aydın Adəm oğluna bir bıçaq zərbəsi vurub. Bundan sonra 2-ci polis bölməsinin əməkdaşları Rüstəm Qənbərlini şübhəli şəxs qismində saxlayıb və ona qarşı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786

Oxşar yazılar

Dərbənddə  DƏHŞƏT:   Polisi döyüb öz silahı ilə güllələdiər

Dərbənddə DƏHŞƏT: Polisi döyüb öz silahı ilə güllələdiər

9 fevral 2025 , 18:15
17 yaşlı oğlan adapter üstündə  küçədə öldürüldü

17 yaşlı oğlan adapter üstündə küçədə öldürüldü

8 fevral 2025 , 18:50
80 yaşlı atasını baltaladı

80 yaşlı atasını baltaladı

8 fevral 2025 , 16:38
Qadın mağazada ərini güllələyib öldürdü

Qadın mağazada ərini güllələyib öldürdü

8 fevral 2025 , 15:18
Oğuzda narkotacirlər həbs olundu - VİDEO

Oğuzda narkotacirlər həbs olundu - VİDEO

8 fevral 2025 , 12:00
Lənkəranda ər arvadını  bıçaqladı

Lənkəranda ər arvadını bıçaqladı

8 fevral 2025 , 10:01
"Oleq Bakinski" ev dustaqlığına  çıxmaq istəyir

"Oleq Bakinski" ev dustaqlığına çıxmaq istəyir

7 fevral 2025 , 18:00
Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

Kürdəmirdə şagirdlərin davası QANLA BİTDİ

7 fevral 2025 , 12:58