Məhkəməni uduzduğu üçün vəkili və dostunu GÜLLƏLƏDİ  - VİDEO
23 sentyabr 2023 09:24 (UTC +04:00)

Məhkəməni uduzduğu üçün vəkili və dostunu GÜLLƏLƏDİ - VİDEO

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Muğla rayonunun Bodrum qəsəbəsində baş verib. G.Ö. məhkəməni qazana bilmədiyi üçün vəkili Erdal Çamı və dostu olan sabiq icra məmuru Özcan Çavdarı odlu silahla başından vuraraq öldürüb. Məlumata görə, G.Ö. vəkili Erdal Çamla dostu Çavdar vasitəsilə tanış olub.

Bildirilir ki, G.Ö. Bordumda bir oteldə inzibatçı vəzifəsində çalışıb. 3 il əvvəl otel sahibi onu işdən çıxarmaq istəyib və bu zaman inzibatçı vəkil tutub. 3 il davam edən prosesdən sonra isə məhkəməni uda bilməyib.

Hadisəni törətdikdən sonra G.Ö. polisə gedərək təslim olub. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Oxşar yazılar