Türkiyədə məktəbdə xadimə şagirdin üzündə siqaret söndürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfanın Harran qəsəbəsindəki, Koyunluca məktəbində baş verib.
Məktəbin təmizlik işçisi Zəhra Sanık əlindəki siqareti 2-ci sinif şagirdi Mustafa B.-nin üzünə basaraq, söndürüb.
Hadisədən sonra qadın saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.

Fərqanə Novruzova