Moskvanın cənubundakı dərədə cəsədi tapılan Azərbaycan vətəndaşının qətlinin üstü açılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, şənbə günü gecə Borisovski gölməçələri küçəsi yaxınlığında 53 yaşlı meyvə satıcısı bıçaq yaraları ilə tapılıb. Onu xilas etmək cəhdləri uğursuz olub. Mərhumun tanışı qətldə şübhəli bilinərək həbs edilib.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, müstəntiqlər bu gün məhkəməyə onun həbs olunması üçün vəsatət qaldırıblar.
İstintaq versiyasına görə, hadisə 2025-ci il dekabrın 12-dən 13-nə keçən gecə baş verib. Adı çəkilən ərazidə münaqişə baş verib və müstəntiqlərin fikrincə, kişi tanışına ən azı iki bıçaq xəsarəti yetirib. Zərərçəkən bu xəsarətlərdən hadisə yerində ölüb.