Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü  saxlanıldı - Əsas adam idi
25 iyul 2025 14:45 (UTC +04:00)

Mütəşəkkil cinayətkar qrupun azərbaycanlı üzvü saxlanıldı - Əsas adam idi

Rusiyada cinayətkar qrupun azərbaycanlı üzvü saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, irimiqyaslı istintaq çərçivəsində əsl adı Sənan İsmayılov saxlanılıb.

Məlumata görə, o, mütəşəkkil cinayətkar qrupun koordinatoru Konstantin Vladimiroviç Andryuşkinin yaxın dostu və silahdaşıdır. İstintaq məlumatlarına əsasən, onlara qarşı qəsdən adam öldürməyə cəhd və xüsusilə böyük miqdarda dələduzluq maddələri üzrə ittihamlar irəli sürülüb.

İsmayılov bir neçə il ərzində qanunsuz pul əldə etmə və zərərçəkənlərin qorxudulması ilə bağlı mürəkkəb sxemlərdə iştirak edən cinayətkar qrupun əsas üzvlərindən biri hesab olunur. Hazırda o, istintaq təcridxanasında saxlanılır və onunla hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Mütəşəkkil cinayətkar qrupun digər üzvləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar