Narkotik laboratoriyasının sahibi XÜSUSİ TƏYİNATLILARA ATƏŞ AÇDI  - VİDEO
27 iyul 2021 21:24 (UTC +04:00)

Narkotik laboratoriyasının sahibi XÜSUSİ TƏYİNATLILARA ATƏŞ AÇDI - VİDEO

Moskvada polis əməkdaşları narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxsin yaşadığı mənzildə yoxla aparmaq məqsədilə ünvana gəliblər.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu zaman ev sahibi xüsusi təyinatlılara silahdan atəş açıb.

Polis əməkdaşlarından xəsarət alan olmasa da, “narkotacir” açdığı atəşdən özü yaralanıb.

Məlum olub ki, paytaxtın Volxov rayonundakı sözügedən mənzildə narkotik maddə olan “mefedron” istehsalı üçün nəzərdə tutulmuş laboratoriya fəaliyyət göstərir.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

 

# 8286
avatar

Rəsul SARI

Oxşar yazılar