Bakıda iki nəfərin qətlində təqsirləndirilən şəxslər Nurani Məmmədov, Ramin Quliyev, Yunis Rəhimov, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi keçirilən iclasda təqsirləndirilən Məmmədov Tural sərbəst ifadə verib.
Təqsirləndirilən Məmmədov Tural ifadəsində bildirib ki, 2022-ci ilin fevralın 17-si saat 8-9 arasında məhəllədə çay içirdik:
"Ramindən Nuraniyə zəng gəldi. Ramin bizi məclisə dəvət etdi. Hamımız "Astoria"ya getdik .Orada bizi Ramin bizi qarşıladı. Məclis bizə gözlənilməz gəldi, əyləşdik. Çöldən söyüş səsləri gəlirdi. Rəhmətlik Şahin bizə çiyin atdı və nalaiq ifadələr işlətməyə başladı. Nurani dedi ki, çıxaq. Hamımız çölə çıxdıq. Qarşı tərəf bizi təhqir etməyə başladı. Ramin onlara dedi ki, qardaşlarımdı. Qarışılıq düşdü. Biz də maşına oturub məhləyə getdik. Ramindən onların bizi heç nədən söymələrinin səbəbini soruşduq. Sonra Çapayevdəki kafedə oturduq. Ramingil də gəldi. O Nuraniyə ad günü üçün hədiyyə söz vermişdi. Hədiyyə bıçaq idi. Hadisə zamanı həmin bıçaqdan istifadə olunmayıb, mənim öz cib bıçağım var idi. Şahini mən vurmuşam. Ən son Nuranini vurdular .
Zərərçəkmişin hüquqi varisi ağlayaraq bildirib: "Niyə boynunuza almırsınız?Mənim uşağımı kim öldürüb?
Növbəti məhkəmə prosesi iyulun 21-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2022-ci il fevral ayında Nərimanov rayonu ərazisində qeydə alınıb.
Hadisə zamanı Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən edilib.
Fidan Fərmanlı