Oteldə iki qardaşın meyiti tapıldı
22 avqust 2025 18:25 (UTC +04:00)

Oteldə iki qardaşın meyiti tapıldı

Hollandiyadan atası ilə Türkiyəyə gələn iki oğulun meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Fateh qəsəbəsi Bəyazid küçəsində yerləşən “Grand Sami” otelində qeydə alınıb.

Hollandiyadan İstanbula gələn ata 57 yaşlı Rashid Mohammed Ajoeb, iki oğlu, 17 yaşlı Mohammed Jamil Yusuf və 15 yaşlı Mohammed Yazdani ilə birgə Taksim meydanında yemək yeyiblər. Bundan sonra hər üçünün halı pisləşib.

Onların qaldığı otel otağında səslər eşidən personal qapını açaraq, uşaqların öldüyünü, atalarının isə huşunu itirdiyini görüblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar