Portuqaliyadan ekstradisiya olunan "qanuni oğru" həbs  edildi
25 noyabr 2025 14:33 (UTC +04:00)

Portuqaliyadan ekstradisiya olunan "qanuni oğru" həbs edildi

0

Rusiyanın Murmansk vilayət məhkəməsi 60 yaşlı Stepan Furman barəsində hökm çıxarıb. O, cinayətkar iyerarxiyasında ən yüksək mövqedə dayanmaqda təqsirli bilinib. Cinayət Məcəlləsinin 210.1-ci maddəsi üzrə ittiham region prokurorluğu tərəfindən dəstəklənib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaq və prokurorluğun məlumatına görə, Furman 1994-cü ildə “taclandırılıb” və “qanuni oğru” statusu alıb. Uzun illər o, Murmansk vilayətindəki cinayətkar elementlərə həm şəxsən, həm də yaxın adamları vasitəsilə rəhbərlik edib.

İttiham aktına görə, Furman cinayətkar strukturun aşağı səviyyələrinə adamlar təyin edib. Həmçinin kriminal aləmin ehtiyacları üçün pul yığımına nəzarət edir və cinayət mühitinin nümayəndələri arasında mübahisəli vəziyyətləri qaydaya salırmış. O, həm də intizam tədbirləri tətbiq edirmiş.

Furman barəsində cinayət işi 2019-cu ildə başlanıb, lakin onu həmin vaxt tutmaq mümkün olmayıb. O, dərhal ölkədən çıxaraq xaricə uçub. Monteneqro vasitəsilə Furman Portuqaliyaya keçib, 2022-ci ildə isə oradan Rusiyaya ekstradisiya olunub. İfadəsində dəfələrlə “qanuni oğru” statusuna malik olduğunu inkar edib.

2024-cü il yanvarın 31-də andlı iclasçıların (münsiflərin) kollegiyası Stepan Furmanı bəraətə layiq görüb. Bu qərarı daha sonra Murmansk vilayət məhkəməsi də təsdiqləyib. Lakin prokurorluq bu qərarla razılaşmayaraq ona etiraz edib.

Yeni məhkəmə mərhələsi başa çatmadan Furman ölkəni tərk etməyə cəhd göstərib. 2024-cü ilin yazında DİN onun saxlandığını açıqlayıb. O, Rusiyadan Qazaxıstana sərhədi keçməyə çalışarkən kriminal axtarış əməkdaşları tərəfindən saxlanılıb və yenidən Murmansk vilayətinə qaytarılıb.

Nəticədə məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq Furmanı ciddi rejimli həbsxanada 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Bundan əlavə, onun üçün azadlığa çıxdıqdan sonra 1 il müddətinə azadlığın məhdudlaşdırılması tədbiri müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar