Qaxda itkin düşən kişi çay kənarında özünü yandırdı - YENİLƏNİB
02 iyun 2023 12:13 (UTC +04:00)

Qaxda itkin düşən kişi çay kənarında özünü yandırdı - YENİLƏNİB

Qaxda itkin düşən kişinin yanmış meyitinin tapılması barədə təfərrüat üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata  görə, 70 yaşlı Davud Yusifovun özünü yandıraraq öldürməsi ehtimal edilir. Onun meyiti Kürmükçayın yaxınlığında aşkar edilib.

Belə ki, onun əvvəllər də yaxınlarına özünü öldürmək istədiyini deməsi iddia edilir.

Hazırda araşdırmalar davam edir. Hadisənin dəqiq intiahr olub-olmaması araşdırma nəticəsində bilinəcək.

***
Saat: 10:11

Qaxda itkin düşən kişinin meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, mayın 25-də itkin düşən Qax şəhər sakini, 70 yaşlı Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 9999
avatar

Mehman Nəbiyev

Oxşar yazılar