Qonşusunun evindən oğurladıqlarını Bakıda satdı
11 may 2021 10:27 (UTC +04:00)

Qonşusunun evindən oğurladıqlarını Bakıda satdı

Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 10 min manat dəyərində istilik sistemlərinin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Nurlan Musayev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs oğurladığı həmin cihazları Zaqatala və Bakı şəhərlərində istilik sistemlərinin satışı ilə məşğul olan bir neçə mağazaya satıb. Əldə etdiyi pulu isə öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

# 1464
avatar

Oxşar yazılar