Rayona toya gedən gənc öldürüldü
12 sentyabr 2025 16:41 (UTC +04:00)

Rayona toya gedən gənc öldürüldü

0

Türkiyədə rayona toya gedən gənc oğlan öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Hatay rayonunun İskenderun qəsəbəsində baş verib.

Yolda yaşanan münaqişə zamanı 25 yaşlı Hasan Furkan Bulut silahlı hücuma məruz qalıb. Nəticədə güllə yaraları alan gənc yerindəcə keçinib.

Polisin keçirdiyi axtarış tədbirləri nəticəsində hadisəni törədən H.E. saxlanılaraq, təcridxanaya göndərilib.

Məlumata görə, Furkan Bulut İskenderuna toy üçün gəlib və 1 gün sonra geri dönəcəkmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar