Rövşən Lənkəranskinin  adamına hökm  oxundu
16 dekabr 2025 18:22 (UTC +04:00)

Rövşən Lənkəranskinin adamına hökm oxundu

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə qanunsuz silah gəzdirməkdə təqsirləndirilən “Amin Mərdəkanski”nin qohumu Cavid Xudaverdiyevin cinayət işi üzrə keçirilən prosesdə hökm oxunub.

Lent.az xəbər verir ki, Cavid Xudaverdiyev 3 il, 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, kiminal aləmdə “Amin Mərdəkanski”, “Amin Maştağalı” və “killer Amin” kimi tanınan Amin Xudaverdiyevin qardaşı oğlu Cavid Xudaverdiyev Cinayət Məcəlləsinin 228.1. (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) və 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Xatırladaq ki, ötən il avqustun 7-də isə Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Amin Xudaverdiyev Rövşən Lənkəranskinin tərəfdarı kimi tanınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar