Sabirabadda DƏHŞƏT:  16 yaşlı sevgilisini öldürüb Kür çayına atdı  - YENİLƏNİB
20 may 2025 20:31 (UTC +04:00)

Sabirabadda DƏHŞƏT: 16 yaşlı sevgilisini öldürüb Kür çayına atdı - YENİLƏNİB

Sabirabadda baş vermiş qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

15:55

Sabirabadda gənc oğlan sevgilisini öldürüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Güdəcühür kəndində baş verib.

Kənd sakini 21 yaşlı Seyidrəsul Talıbzadə qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini 16 yaşlı N.Ə.ni öldürərək Kür çayına atıb.

Hadisəni törədən Seyidrəsul Talıbzadə saxlanılıb. Axtarışlar nəticəsində qadının meyiti tapılaraq, sudan çıxarılıb.

Faktla bağlı araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1700

Oxşar yazılar