Türkiyədə qadın ərindən xilas olmaq istəyərkən eyvandan yıxılaraq, ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nevşehir şəhərində baş verib.
1 uşaq anası İpək Öncül binanın 4-cü mərtəbəsindəki yaşadıqları evin eyvanından yıxılaraq ölüb. Araşdırma zamanı məlum olub ki, qadın əvvəlcə əri Mustafa Öncül tərəfindən bıçaqlanıb. İpək Öncül ərindən qaçmaq istəyərkən eyvandan yıxılıb. Aldığı xəsarətlərdən o, yerindəcə keçinib.
Polis Mustafa Öncülü saxlayıb, araşdırma aparılır.