Bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK
20 may 2025 17:10 (UTC +04:00)

Bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK

Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq.

Bu barədə Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Azadakənd" qazpaylayıcı stansiyasından (QPS) qidalanan Sabirabad rayon kəndlərini təbii qazla təmin edən PE 250, 200, 160, 110 mm-lik yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə mayın 21-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 7 kəndində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, bu müddət ərzində rayonun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı kəndlərində (ümumi 2 211 abonent) qaz təchizatı dayandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar