Sabiq nazir müavini Rafiq Bayramov
07 may 2021 09:09 (UTC +04:00)

Sabiq nazir müavini Rafiq Bayramov

Saxlanılan sabiq nazir müavinindən YENİ XƏBƏR var

Dövlət Təhlükəsizli kXidməti tərəfindən saxlanılan Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun cinayət işi üzrə ibtidai istintaq sona çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplananmateriallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatına verilib.

Xatırladaq ki, R.Bayramov 2020-ci il mayın 8-də DTX tərəfindən saxlanılıb. Sabiq nazir müavini istintaqa bildirib ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması ilə bağlı şirkətlə 11 milyon manatlıq müqavilə bağlanıb:

"Həmin puldan şirkətə yeddi milyon manata yaxın məbləğ ödənilib. Şirkət rəhbəri Şamxal Ağaşirinov o puldan 500 min manatını mənə verib”.

# 2730
avatar

Mehman Nəbiyev

Oxşar yazılar