Sürücülük vəsiqəsi almaq istəyən  sevgilisini öldürüb meyitini basdırdı
10 iyul 2025 11:19 (UTC +04:00)

Sürücülük vəsiqəsi almaq istəyən sevgilisini öldürüb meyitini basdırdı

Rusiyanın İrkutsk vilayətində 20 yaşlı abituriyentin basdırılmış cəsədi tapılıb. Məlumata görə, qız texnikuma sənədlərini vermək üçün gedib və yoxa çıxıb. Qətldə əsas şübhəli onun sevgilisidir.

Lent.az yerli mediaya istinadla bildirir ki, qız iki gün əvvəl İqtisadiyyat və Hüquq Kollecinə qəbul olmaq üçün Pervomayskoye kəndindən İrkutska yola düşüb. Bir müddət sonra o, əlaqə saxlamağı dayandırıb. Ailəsi onun 22 yaşlı sevgilisinin qonşu kənddə yaşadığı evə gedərək, oradan qızlarının əşyalarını və telefonunu tapıblar. Onlar dərhal polisə müraciət ediblər.

Məmurlar qızın sevgilisinin evinin yaxınlığında "təzə dəfn izlərini" görüblər.

İlkin məlumata görə, texnikuma səfərdən bir gün əvvəl qız onun sürücülük vəsiqəsi üçün oxumasına qarşı çıxan sevgilisi ilə dava edib. Son vaxtlar gənclər tez-tez mübahisə edirmişlər.

Oğlan hazırda axtarılır. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422

Oxşar yazılar