Çox şanslı olacaq BÜRCLƏR   - Onların xüsusi dövrü  BAŞLAYIR
25 avqust 2026 00:02 (UTC +04:00)

Çox şanslı olacaq BÜRCLƏR - Onların xüsusi dövrü BAŞLAYIR

0

Bu həftə üç bürcün nümayəndələri üçün xüsusilə uğurlu dövr başlayacaq. Qarşıdakı günlərdə onlar həyatlarının necə sürətlə yaxşı istiqamətə dəyişə biləcəyinin şahidi ola bilərlər.

Lent.az xəbər verir ki, tutulmalar dövrü avqustun 28-də Balıqlar bürcündə baş verəcək dolunayla yekunlaşacaq. Astroloqlar hesab edirlər ki, bu dövr 2024-cü ildən bəri göstərilən səylərin nəticələrini görmək üçün əlverişli olacaq.

Xərçəng

Avqustun 28-də Balıqlar bürcündə baş verəcək dolunay və Ay tutulması Xərçənglərin arzularını reallaşdırmasına təkan verəcək. Həyatda müsbət dəyişikliklər başlaya, uzun müddətdir gözlənilən nəticələr ortaya çıxa bilər. İstər sevgi, istərsə də həyat məqsədi ilə bağlı olsun, bu həftə Xərçənglərin arzuladıqları həyata doğru ciddi addım atması mümkündür.

Şir

Avqustun 25-də Vesta asteroidi Qoç bürcündə retrograd hərəkətə başlayacaq və artıq bu bürcdə geriyə hərəkət edən Saturn və Neptuna qoşulacaq. Astroloqlar Şirlərə tələsməməyi, hədəfə çatmaqdan daha çox nə istədiklərini düşünməyi məsləhət görürlər. Daxili ehtiyacları düzgün müəyyənləşdirdikdən sonra növbəti addımlar daha aydın görünə bilər.

Oğlaq

Avqustun 25-də Merkurinin Qız bürcünə keçməsi Oğlaqlar üçün yeni imkanlar, bolluq və macəra enerjisi gətirə bilər. Bu dövrdə əvvəl əldə edilmiş uğurlardan faydalanmaq və böyük məqsədlərə daha da yaxınlaşmaq mümkün olacaq. Astroloqlar mükəmməllik arxasınca qaçmaq əvəzinə indiyədək qət edilən yolu və gerçəkləşmiş arzuları qiymətləndirməyi tövsiyə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 88

Oxşar yazılar