Türkiyədə  azərbaycanlı kişi  qayınatasını öldürdü - FOTO
23 iyun 2022 10:49 (UTC +04:00)

Türkiyədə azərbaycanlı kişi qayınatasını öldürdü - FOTO

İstanbulun Başakşehir bölgəsindəki meşəlik ərazidə meyit aşkarlanıb. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumata görə, ölən şəxsin azərbaycanlı Mübariz Nuriyev olduğu müəyyən edilib.

Təhlükəsizlik kameralarına baxış keçirən polis qatili aşkarlayaraq saxlayıb.

Araşdırmalar zamanı Nuriyevi öldürən şəxsin kürəkəni H.H.S. olduğu ortaya çıxıb. O, qayınatasını meşədə silahla vuraraq oradan qaçıb. Mübariz Nuriyev hadisə yerində dünyasını dəyişib. 

Saxlanılan şəxsin də azərbaycanlı olduğu bildirilir. 

Hadisə ilə bağlı araşdırmalar davam edir. 


 

# 4302
avatar

Sevinc Fərid

Oxşar yazılar