Türkiyənin İstanbul şəhərində məhkəmə iclası zamanı bir kişi prosesə hakim kimi rəhbərlik edən keçmiş həyat yoldaşına atəş açıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, qadın hakim ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti stabil qiymətləndirilir və həyatı üçün təhlükə yoxdur.
Cinayətkar isə əvvəllər prokuror işləmiş şəxs olub və o saxlanılıb.