"Uşaqları anasının qəbrinin üstünə aparıb..." - Bakıda arvadını öldürən kişinin ŞOK ETİRAFLARI
21 noyabr 2025 13:05 (UTC +04:00)

"Uşaqları anasının qəbrinin üstünə aparıb..." - Bakıda arvadını öldürən kişinin ŞOK ETİRAFLARI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilənlərin anket məlumatlarının dəqiqləşdirilməsi ilə başlayıb. Daha sonra isə məhkəmə istintaqının başlanması elan olunub.

Təqsirləndirilən Z. Quliyev özünü təqsirli bildiyini deyib:

"İstintaq materiallarında düzgün yazmayıblar. Mənim ailəmdə problemlər vardı, getdim Rusiyaya. Bərbər və başqa işlərdə işlədim ki, ailəmi yanıma gətirə bilim. Adam öldürəcək biri deyiləm. Bunlar (Ayselin zalda olan ailəsini göstərir) uşaqlarımı aparıb Ayselin qəbrinin üstünə, məni düşmən kimi tanıdıblar. Bu iki uşağın ahı onları tutacaq".

Z. Quliyev ifadə vermək istəmədiyindən onun ilkin istintaq zamanı verdiyi ifadə məhkəmədə səsləndirilib.

Daha sonra növbəti proses 12 dekabr saat 15:00-a təyin edilib.

Xatırladaq ki, Z.Quliyev bu ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur. O, hadisədən sonra könüllü polisə təslim olunub.

Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla qəsdən adamöldurmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 118

Oxşar yazılar