Meymun mağazada içib yatdı - VİDEO
29 sentyabr 2026 11:41 (UTC +04:00)

Meymun mağazada içib yatdı - VİDEO

0

Hindistanın Carxand ştatında şərab mağazasında spirtli içki qutularının üstündə yatan meymun videoya çəkilib. Kadrlarda qapağı açıq boş şüşə də görünür. Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Rançi şəhərinin Ormanci ərazisində baş verib. 

Görüntünü çəkən şəxs mağazaya daxil olaraq meymunun spirtli içki qutularının üstündə yarıyuxulu vəziyyətdə uzandığını görüb.

Videoda qapağı açıq boş şüşə də görünür. Bu səbəbdən sosial şəbəkələrdə meymunun şüşəni özü açaraq spirtli içki içdiyi və daha sonra yuxuya getdiyi ehtimal edilir. Bununla belə, heyvanın həqiqətən içki içib-içmədiyi rəsmi şəkildə təsdiqlənməyib.

Məlumata görə, hadisə yerinə xilasetmə qrupu çağırılıb. Meymun təhlükəsiz şəkildə mağazadan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar