Sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakini Kənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı Emin Baxışovun rayonun Ağtala kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Kənan Cəbiyevi bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
***
09:52
Xaçmazda qətl hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə bu gün gecə yarısı Ağtala kəndində qeydə alınıb.
Kənd sakini, 2-ci Qarabağ müharibəsi iştirakçısı 32 yaşlı Emin Baxışov mübahisə zəminində həmkəndlisi, 37 yaşlı Kənan Cəbiyevi bıçaqla qətlə yetirib.
Polis əməkdaşları tərəfindən E.Baxışov saxlanılıb. Araşdırmalar davam etdirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, onlar ortaq meyvə alveri ilə məşğul olublar. Onlar arasında qətllə nəticələnən mübahisə isə pul borcuna görə olub. Məlumata görə, Emin Baxışovun Kənan Cəbiyevə pul borcu olub. Kənan borcunu almaq üçün Eminlə görüşüb. Lakin görüş zamanı borcu vermiyib və nəticədə iddialara görə, Kənan onu söyüb. Eminin də söyüşə görə onu bıçaqladığı bildirilir.
Hazırda hadisənin detalları barədə istintaq orqanı tərəfindən araşdırma aparılır.