Xırdalanda AİLƏ DRAMI:  Keçmiş meşəbəyi arvadını və özünü bıçaqladı, kişi öldü  - YENİLƏNİB
03 avqust 2026 16:46 (UTC +04:00)

Xırdalanda AİLƏ DRAMI: Keçmiş meşəbəyi arvadını və özünü bıçaqladı, kişi öldü - YENİLƏNİB

3

Xırdalanda törədilən qətllə bağlı yeni faktlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Tərlan İbrahimov Zaqatalanın Muğanlı kəndindəndir. O, əvvəllər Zaqatalada meşəbəyi işləyib. İşdən çıxdıqdan sonra rayondan köçüb. Xeyli müddət imiş ki, onlar Xırdalanda yaşayırmış. Ailənin iki övladı olub. İlkin məlumata görə, hadisə ailə münaqişəsi səbəb olub. 

Araşdırmalar davam etdirilir. 

***

saat 15:13

Abşeronda dəhşətli cinayət törədilib. 

Lent.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 

Zaqatala sakini 1972-ci il təvəllüdlü Tərlan İbrahimov yaşadığı evdə həyat yoldaşı, 1978-ci il təvəllüdlü Günəş İbrahimovanı və özünü bıçaqlayıb. 

Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Abşeron Prokurorluğu tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 7860

Oxşar yazılar