Bu il qeyri-çimərlik ərazilərdə suda batan  40 nəfərin meyiti tapılıb - RƏSMİ
03 avqust 2026 15:52 (UTC +04:00)

Bu il qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti tapılıb - RƏSMİ

0

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə 2026-cı ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.

Qeyd edilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar