Rusiyanın Kaluqa şəhərində bir qadın tanışı olan kişini öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Yeni il gecəsi baş verib. Şübhəli ilə onun tanışı arasında münaqişə yaranıb və mübahisə zamanı qadın kişinin başına çəkiclə üç zərbə endirib.
Cinayətdən sonra o, zərərçəkəni toyuq hinində gizlədib və özü də tanışlarının yanında gizlənib. Kişi tapılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qadın saxlanılıb, faktla bağlı cinayət işi başlanıb. Məhkəmə istintaqın vəsatətini təmin edərək, onun barəsində həbs qətimkan tədbiri seçib.
