Zaqatalada kişini döyərək öldürən  TUTULDU
29 oktyabr 2025 11:08 (UTC +04:00)

Zaqatalada kişini döyərək öldürən TUTULDU

0

Zaqatalada rayon sakini İsgəndər Musayevi döyərək öldürən şəxslərdən biri saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinənlərdən biri, 36 yaşlı Rasim Abbasov polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Digər şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində ölümcül döyülüb. Zərərçəkən aldığı xəsarətlərdən oktyabrın 27-i axşam saatlarında dünyasını dəyişib.

Bundan əlavə, onun atası Yusif Musayev də oğlunun döyüləndən sonra vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4417

Oxşar yazılar