Türkiyə pop musiqisinin ən güclü səslərindən biri olan İşın Karacanın son halı hər kəsi şoka salıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, müğənni 73 kilodan sonra sanki tamam başqa birinə çevrilib. Bayram konsertindən paylaşdığı fotolarla pərəstişkarlarını təəccübləndirən məşhur sənətçinin son görüntüsü sosial mediada sürətlə yayılıb. Məşhur müğənninin diqqət çəkən həmin fotoları geniş müzakirə olunub.

