Alla Puqaçova Rusiyadan 46 milyon pul  çıxardı
17 oktyabr 2025 12:43 (UTC +04:00)

Alla Puqaçova Rusiyadan 46 milyon pul çıxardı

0

Müğənni Alla Puqaçova Rusiyada pensiya ödənişləri sayəsində sabit gəlir əldə etməyə davam edir.

Lent.az bu barədə xarici mənbəyə istinadən məlumat verir.

Mənbələrin bildirdiyinə görə, hər ay Primadonnanın hesabına 105 min rubldan (2194 AZN) çox məbləğ köçürülür. Bu məbləğə Xalq artisti adı üçün 41 min 995 rubl (877 AZN), ordenə görə 29 min rubl (606 AZN)və federal əlavələr daxildir. Beləliklə, sənətçinin illik gəliri bank əmanətlərinin faizlərini nəzərə almadan 1,2 milyon rubldan (25000AZN) çoxdur.

“Primadonna əvvəlcə pullarını bank hesablarında toplayır, sonra isə onları xaricə çıxarır. Məsələn, əməliyyatlardan biri 46 milyon rubl (961 360 AZN) məbləğində olub”, – deyə nəşrdə vurğulanır. Daha əvvəl Alla Puqaçovanın övladlarının Rusiya vətəndaşlığından məhrum edilməsi təklif olunmuşdu.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar