"Altın Kelebek"dəki əlbisələrini linç edənlərə Nəzrindən  CAVAB  - FOTO
05 dekabr 2022 18:54 (UTC +04:00)

"Altın Kelebek"dəki əlbisələrini linç edənlərə Nəzrindən CAVAB - FOTO

Bir neçə gündür "Altın Kelebek" mükafatlandırma tədbirlərində geyiminə görə tənqid edilən müğənni Nəzrin (Nazryn) səssizliyini pozaraq hamıya cavab verib.

Lent.az xəbər verir ki, dünən mükafata layiq görülən Nəzrin sosial şəbəkə hesabında geyimi haqqında açıqlama paylaşıb. O, bu mükafatı nə geyimi və görünüşü, nə də danışığı ilə alıb:

"Geyim haqqında danışım. Özümə nə rahatdırsa, nə yaraşırsa, onu da geyinirəm. Zövqlə dəbi qarışdırmayın. Dəblə geyinməyənə “zövqsüz” deyirsinizsə, o zaman mahnılarım da dəbli deyil. Bir adam fikir bildirən kimi, düşüncə zövqü və dərinliyi olmayanlar eyni “dəbli düşüncə” ilə gedirlər. Gərək düşüncələrin də zövqlü olsun.

İnsanı ifadə edən onun geyimi, qaməti, danışığı və özünə dəyər verməsidir. Mən bir sənətçi olaraq buralara qədər gəlmişəmsə, bu, sadəcə işimi yaxşı gördüyüm və işimə verilən dəyər üçündür. Nə geyimimlə, nə görünüşümlə, nə də danışığımla bu mükafatı almışam. Əmin olun, məni hələ daha da keçmişə aid geyimdə görəcəksiniz.

Dəb dediyiniz zamanla itən bir anlayışdır. Mənim zaman anlayışım da dəbli deyil. Madam ki, dəblə zövq eynidir, onda mən zövqsüzəm. O zaman geyimim, mahnılarım, danışığım və fikirlərim də zövqsüzdür. Bunu belə görənlərə səslənirəm: Keçmişə xoş gəldiniz. Xoşunuza gəlmirsə, dövrə uyğun ayaq basın”.

Qeyd edək ki, ötən il müğənni Nahidə Babaşlının da "Altın Kelebek"də geyindiyi firuzəyi, vilur əlbisəsi tənqidlərə səbəb olmuşdu. 

Geyiminə görə tənqid olunan müğənni Nəzrinin "Altın Kelebek"də

# 3246
avatar

Nigar Namiq

Oxşar yazılar

 Keçmiş ərlərinin   indiki həyat yoldaşları ilə dost olan ULDUZLAR

Keçmiş ərlərinin indiki həyat yoldaşları ilə dost olan ULDUZLAR

31 yanvar 2023 , 19:26
Azərin "TikTok"unu bağlatdıran  KİMDİR?

Azərin "TikTok"unu bağlatdıran KİMDİR?

31 yanvar 2023 , 19:09
Neslihan Atagülün özü qədər  gözəl anası

Neslihan Atagülün özü qədər gözəl anası

31 yanvar 2023 , 18:41
“Əqrəb mövsümü” serialının aktrisası Zülfiyyə Qurbanova

“Əxlaqsızlıq ayrı şeydir, ərə xəyanət ayrı” – “Əqrəb mövsümü”nün aktrisası ilə MÜSAHİBƏ

31 yanvar 2023 , 18:30
Məşhur cütlük uşaqları ilə  gəzintiyə çıxdı

Məşhur cütlük uşaqları ilə gəzintiyə çıxdı

31 yanvar 2023 , 17:34
Səs-küylü serialın aktyoru VƏFAT ETDİ  - FOTO

Səs-küylü serialın aktyoru VƏFAT ETDİ - FOTO

31 yanvar 2023 , 16:56
Məşhur müğənniyə qarşı qəribə seksual zorakılıq iddiası

Məşhur müğənniyə qarşı qəribə seksual zorakılıq iddiası

31 yanvar 2023 , 14:48
Çəkilişə öz kosmetoloqunu istəyən məşhur aktrisa OD PÜSKÜRDÜ

Çəkilişə öz kosmetoloqunu istəyən məşhur aktrisa OD PÜSKÜRDÜ

31 yanvar 2023 , 14:18