Ancelina Coli  ABŞ-ı tərk edir: "Ölkəmi  tanıya bilmirəm"
17 fevral 2026 12:28 (UTC +04:00)

Ancelina Coli ABŞ-ı tərk edir: "Ölkəmi tanıya bilmirəm"

0

Hollivudun ulduz ismi Ancelina Coli, uzun müddətdir planlaşdırdığı ABŞ-dan köçmə qərarını həyata keçirməyə hazırlaşır. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisa daha əvvəl verdiyi açıqlamalarda ölkədən ayrılmaq üçün övladlarının yetkinlik yaşına çatmasını gözlədiyini bildirmişdi. Bu il əkizləri Knok və Vivienin 18 yaşına daxil olması ilə köç hazırlıqları sürətlənib.

Coli, ABŞ-dakı mövcud ictimai və siyasi atmosferdən duyduğu narahatlığı kəskin sözlərlə ifadə edib. Ölkəsindəki dəyişiklikləri tənqid edən ulduz, bu mühitdə artıq özünü yad hiss etdiyini gizlətməyib:

"Ölkəmi sevirəm, amma hazırda onu tanıya bilmirəm. Şəxsi azadlıqların və özünüifadənin məhdudlaşdırıldığı hər bir mühit son dərəcə təhlükəlidir",

Kulislərdə gəzən məlumatlara görə, Coli yeni həyatını Avropada və ya digər beynəlxalq mərkəzlərdən birində davam etdirməyi planlaşdırır. Altı övlad anası olan Ancelinanın bu addımı təkcə şəxsi seçim deyil, həm də karyerasını və humanitar fəaliyyətlərini ABŞ hüdudlarından kənara çıxarmaq strategiyası kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar