21-ci əsrin ən yaxşı sol ayaqlı hücumçusu  kimdir? - SİYAHI
17 fevral 2026 09:59 (UTC +04:00)

21-ci əsrin ən yaxşı sol ayaqlı hücumçusu kimdir? - SİYAHI

0

Hər cür reytinq görmüşük, amma bəziləri heyrətləndirməkdən əl çəkmir. Heç düşünmüsünüzmü ki, 21-ci əsrdə ən çox sol ayaqla kim qol vurub?

Lent.az xarici mediaya istinadla cavabı təqdim edir - 941 oyunda sol ayağı ilə 647 qol vuran Lionel Messi. Bu, oyun başına orta hesabla 0,69 qol deməkdir. 

Onun ən yaxın təqibçisi 867 oyunda 263 qol vuran (orta hesabla 0,3)  “Zenit”in keçmiş hücumçusu Halkdur. Sonrakı yerdə Məhəmməd Salahdır - 678 oyunda 232 qol (orta hesabla 0,34).

İlk onluğa həmçinin Antuan Qrizmann (198 qol), Erlinq Haland (193 qol), Lukaş Podolski (168 qol), Anxel Di Mariya (156 qol), Romelu Lukaku (151 qol), Aryen Robben (146 qol) və Kriştiano Ronaldo daxil olub. Sonuncu sağ ayaqlı olsa da, sol ayağı ilə 147 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar