Ancelina Coli uşaqları 18 yaşına çatdıqdan sonra  ABŞ-dən köçəcək
13 oktyabr 2025 11:45 (UTC +04:00)

Ancelina Coli uşaqları 18 yaşına çatdıqdan sonra ABŞ-dən köçəcək

0

Ancelina Coli artıq uzun müddətdir gizlətmir ki, uşaqları 18 yaşına çatdıqdan sonra xaricə köçmək niyyətindədir. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Colinin köç planları və Los-Ancelesi tərk etdikdən sonra harada yaşayacağı barədə bəzi təfərrüatlar məlum olub.

Mənbənin bildirdiyinə görə, aktrisa vaxtını uşaqları ilə bağlı olan ölkə və yerlərdə keçirməyi planlaşdırır. Keçən ilin sonunda Bred Pittlə uzun illər davam edən boşanma prosesi yekunlaşdıqdan sonra Coli rəsmi olaraq azad qadın olub.

“Son zamanlar Ancelinadakı dəyişiklikləri həqiqətən hiss etmək olur; o, daha rahat və sakit olub. O, hər zaman Los-Ancelesi sevəcək, amma artıq bu mərhələnin başa çatdığını hiss edir. Həyatının yeni fəslinə başlamağa hazırdır”, – mənbə qeyd edib.

İkinci mənbənin məlumatına görə, Coli iyul ayında köçməyi planlaşdırır – əkiz övladları Noks və Vivyen 18 yaşlarını qeyd etdikdən sonra. O, çox güman ki, vaxtının bir hissəsini 2002-ci ildə oğlu Maddoksu övladlığa götürdüyü və mülkiyyətə sahib olduğu Kambocada keçirəcək.

Bundan əlavə, aktrisa Fransa və Afrikada da vaxt keçirəcək - bu yerlər onun ürəyinə çox yaxındır. Əkizlər Fransanın Nitsa şəhərində doğulublar, qızı Zahara Efiopiyadan övladlığa götürülüb, Şaylo isə Namibiyada dünyaya gəlib.

“Mənbə bildirib ki, bütün bu yerlər onun üçün çox özəldir. Onun orada dostları var və onları ailə kimi görür”.

Bundan əvvəl Coli Cimmi Kimmel şousu ətrafında yaranan qalmaqaldan sonra ABŞ-ı artıq tanımadığını və sənətçi, eləcə də vətəndaş kimi narahatlıqlarını ifadə edib:

“Mən ölkəmi sevirəm, amma hazırda onu tanımıram. Ailəm və dostlarım beynəlxalq insanlardır, həyatım beynəlxalqdır... Mənim dünyagörüşüm vahid və qlobaldır. Şəxsi azadlıqları və ifadə azadlığını məhdudlaşdıran hər şeyi təhlükəli hesab edirəm. İndi çox ciddi bir dövrdəyik və sözlərimizdə ehtiyatlı olmalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar