Arıqlayıb 25 kiloya düşən Nihal Candan öldü
21 iyun 2025 09:04 (UTC +04:00)

Arıqlayıb 25 kiloya düşən Nihal Candan öldü

Həbsxanada anoreksiya xəstəliyinə tutulan türkiyəli sosial media fenomeni Nihal Candan ölüb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Belə ki, modelyer Pınar Kerimoğlu paylaşımında iyunun 19-da Nihal Candanın ürəyinin yenə dayandığını və ona ürək masajı edildiyini qeyd etmişdi. Lakin digər fenomen Sıla Doğu artıq Candanın vəfat etdiyini bildirib.

Qeyd edək ki, Nihal Candan və Bahar Candan bacıları dələduzluq və çirkli pulların yuyulması ittihamları 2023-cü ildə həbs olunublar. Nihal həbsxanada anoreksiya xəstəliyinə tutulduğu üçün sürətlə arıqlayaraq, çəkisi 25 kiloqrama düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991

Oxşar yazılar