“Aşkın olayım”ı   bu axşam birlikdə oxuyacaqlar
04 iyun 2023 14:01 (UTC +04:00)

“Aşkın olayım”ı bu axşam birlikdə oxuyacaqlar

"Qalatasaray" Spor Toto Super Liqasında ötən həftə "Ankaragücü"nü 4:1 hesabı ilə məğlub edərək çempionluğunu elan edib. 

Lent.az xəbər verir ki, liqada 23-cü dəfə xoşbəxt sona çatan sarı-qırmızılı komanda, bazar günü oynanacaq “Fənərbaxça” derbisinin ardından çempionluğu qeyd edəcək. Cimbom derbidən sonra çempionluq kubokuna da qovuşacaq.

Bazar günü “Fənərbaxça” derbisindən sonra "Qalatasaray"ın keçirəcəyi çempionluq şənliyinə müğənni Simge Sağın da qatılacaq. “Beşiktaş”a azarkeşliyi ilə tanınan Simge “Aşkın Olayım” mahnısını İkardi ilə duet oxuyacaq.

Müğənni Simge Sağın qatıldığı “YouTube” proqramında "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi ilə bağlı etiraflar edib.

O, “Aşkın olayım” mahnısını oxuyarkən ağlına sadəcə Mauro İkardinin gəldiyini söyləyib.

"Aşkın olayım”ı oxuyuram, artıq İkardini düşünürəm. İnana bilmirəm. Atdığı qollar gəlir, ağlıma başqa heç nə gəlmir", - o deyib.

Simge Sağın eyni zamanda bildirib: "Keçən gün öz paylaşımlarıma baxdım. Mən yoxam, “Aşkın olayım” paylaşımlarında yalnız İkardi var. İndi onun mahnısıdır. Qəbul etdim, ona görə də onun üçün yazılmışdır".

# 3528
avatar

Oxşar yazılar