“Atamın psixi durumu ilə bağlı ziddiyyətli arayışlar var” – İbrahim Tatlısəsin oğlu
19 aprel 2024 13:48 (UTC +04:00)

“Atamın psixi durumu ilə bağlı ziddiyyətli arayışlar var” – İbrahim Tatlısəsin oğlu

Nəvəsi Mertə qarşı iddia qaldıran və “Evimi işğal edir” deyərən türkiyəli məşhur müğənni  İbrahim Tatlısəs yenə gündəm olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni oğlu Ahmet Tatlısəsin sosial media hesabında etdiyi paylaşımlara səssiz qalmayıb.

"Aramızda saxlama" verilişinə danışan Tatlısəs "Ahmeti mirasımdan məhrum edəcəm. Ona verdiyim 7 dükanı xarabaya çevirdi. Qardaşlarının malına çökmək istəyir. Artıq belə kefi olmayacaq" deyib. Atasının ardınca Əhməd Tatlısəs də vəkili vasitəsilə yazılı açıqlama yayıb.

Əvvəlcə onu deyək ki, İbrahim Tatlısəs Ahmet Tatlısəsin oğlu Mert Tatlı ilə məhkəməlik olub və nəvəsini məhkəmə qərarı ilə evdən çıxarıb. Hadisədən sonra da Kanal D Haber-ə danışan İbrahim Tatlısəs, "Evim olduğu halda onu qızıma verə bilmirəm. Belə bir şey olar? İndi verəcəm, amma... Nəvəmlə aramızda heç bir problem yoxdur, amma bundan sonra ola bilər. Mən bütün uşaqlarıma baxdım. Ahmet əvvəl atalığı öyrənəcək. Mənim öz övladım kirayədə qalarkən, nəvəyə ev verə bilmərəm” deyib.

Ahmet Tatlısəs İbrahim Tatlısəsin açıqlamalarından sonra sosial media hesabında susqunluğunu pozub. “Atalığınızla təkcə mənə deyil, digər övladlarınıza, daha doğrusu, bacı-qardaşlarıma da ağır travmalar yaşatdınız. Ahmet Tatlısəs atasına qarşı od püskürüb. Onun vəkilinin açıqlaması gündəmə bomba kimi düşüb:

“Son günlərdə cənab Ahmet Talıses və İbrahim Talıses arasında gedən hüquqi proseslərlə bağlı ictimaiyyəti düzgün məlumatlandırmamız zərurətə çevrildi. İbrahim Talısəsin ruhi sağlamlıq durumu ilə bağlı bir-birinə zidd olan üç sağlamlıq arayışı var. Ən əhatəli tibbi müayinə Sağlamlıq hesabatları Ege Universiteti Tibb Fakültəsi Ruh Sağlamlığı və Sinir Xəstəlikləri Fundamental elm sahəsi tərəfindən aparıldı. Müayinə nəticəsində İbrahim Tatlısəsin tam olaraq stabil olmadığı bildirildi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3960
avatar

Cavidan HUN

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07