"Avroviziya 2024" QALMAQALLARI:  Çılpaq çıxışlar, arafatka, intriqa
10 may 2024 14:32 (UTC +04:00)

"Avroviziya 2024" QALMAQALLARI: Çılpaq çıxışlar, arafatka, intriqa

“Avroviziya 2024” mahnı müsabiqəsinin böyük final mərhələsi 11 may tarixində baş tutacaq. Keçən may ayında Liverpuldakı qələbəsindən sonra yeddi dəfə qalib gələn İsveç çox sevilən yarışmaya ev sahibliyi edir. Müsabiqə İsveçin Malmö şəhərində keçirilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hər il olduğu kimi bu il də müsabiqədə qalmaqal yaradan nüanslar olub.

Elə müsabiqənin bir başa finalına çıxış üçün şans qazanan Böyük Britaniyanın təmsilçisi Olli Aleksandrin açıqlaması gündəm yaradıb. O, tamaşaçılar arasında intriqa yaratmaq istədiyini deyib:

“Səhnə öncəsi yalnız bir ritualım var, o da səhnəyə kiminlə gedirəmsə onu qucaqlamaqdır. Mən onları qucaqlamağı və dərin nəfəs almağı xoşlayıram. Bir də ki, anam mənə uğur qazandırıb.

Hesab edirəm ki, “Eurovision”da önəmli olan fərqlənməkdir və buna görə də mən öz çıxışımın həqiqətən unudulmaz olmasını, tamaşaçıları təəccübləndirməyi və onları intriqaya salmağı hədəfləyirəm”.

Qeyd edək ki, o, "Dizzy" mahnısı ilə Birləşmiş Krallığın bayrağını dalğalandıracaq.

Bununla yanaşı, “Avroviziya 2024”də qalmaqal yaradan ölkələrdən biridə Finlandiya təmsilçisi “Windows95man” təxəllüsü ilə tanınan iştirakçı olub.

O, səhnəyə çılpaq çıxaraq izləyiciləri heyrətləndirib. Çılpaq ombası ilə səhnədə qaçan sənətçi intim hissələrini örtməsə də, operatorların sayəsində bir dənə də olsun ədəbsiz səhnə canlı yayımlanmayıb.

"Avroviziya 2024"ün birinci yarımfinalında qonaq qismində səhnədə çıxış edən isveçli müğənni Erik Saadeyə görə də qalmaqal yaranıb.

Sənətçi səhnəyə biləyində Fələstinin simvolu - arafatka ilə çıxıb. Lakin bu cür hərəkətlər müsabiqə qaydalarına görə qəti şəkildə qadağandır.

Erik özü də instaqram hesabında hadisə ilə bağlı açıqlama yayıb. O, arafatkanı uşaq olanda fələstinli atasından aldığını qeyd edib:

"Arafatkanı atamdan almışam ki, haradan gəldiyimi heç vaxt unutmayım. O vaxt bilmirdim ki, bir gün buna siyasi jest deyəcəklər. Məncə, bu, sadəcə olaraq, irqçilikdir".

Eyni zamanada, ötən ilki müsabiqələrdən fərqli olaraq bu il “Avroviziya 2024” yarışmasında ötən illərki qaliblər səhnədə çıxış edib. Bunlardan Türkiyə qalibi Sərtab Erenər “Everyway that I can” və Yunanıstan qalibi Helen Paparizou “My number one” mahnısı ilə yenidən səhnəyə gəlib. Azərbaycanın 2011-ci ildə qalibi olan Nigar Camal və Eldar Qasımov da yer alıb.

Bildirək ki, builki yeni qaydalara görə, iştirakçıların və tamaşaçıların tədbir zalına kiçik çantada belə daxil olması qadağan edilib. Buna səbəb, Fələstin-İsrail münaqişəsi fonunda ölkələrin bayraqları və ya simvollarının başqa iştirakçı və ya qonaq ifaçılar tərəfindən nümayiş edilməsi siyasi jest kimi qiymətləndirilir.

# 3183
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar