Aygün Bəylərin SON VƏZİYYƏTİ  necədir?
26 yanvar 2023 15:47 (UTC +04:00)

Aygün Bəylərin SON VƏZİYYƏTİ necədir?

Sosial şəbəkələrdə Əməkdar artist Aygün Bəylərin səhhətinin yaxşı olmadığı ilə bağlı xəbərlər yayılıb.

Bununla bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Aygün xanımın meneceri bildirib ki, yayılan xəbərlər əsassızdır və müğənninin səhhəti yaxşıdır:

"Bu nə xəbərlərdir yayılıb? Yalan xəbərlərə inanmayın və yaymayın. Aygün xanım xərçəng xəstəliyindən 5 aydır ki, sağalıb. Sənətinə davam etmək istəyir. Xəstəliyini yenidən yadına salmaq istəmir. Maraqlandığınız üçün sağ olun". 

Xatırladaq ki, Aygün Bəylərin ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir. 

# 3447
avatar

Nigar Namiq

Oxşar yazılar