Bakıda doğulan məşhur müğənnini  ölümlə   hədələdilər
12 noyabr 2025 11:44 (UTC +04:00)

Bakıda doğulan məşhur müğənnini ölümlə hədələdilər

0

Tanınmış müğənni Larisa Dolina polisdəki ifadəsini geri götürmək tələbi ilə ölüm təhdidləri alıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müğənninin vəkili Kseniya Aparina təfərrüatları açıqlayıb.

"Larisa Dolinaya və onun nümayəndəsinə hədə-qorxu gələn şəxslərə qarşı cinayət işi açılıb", - məlumatda bildirilir.

Moskva vilayətinin Balaşixa Şəhər Məhkəməsində keçirilən dinləmə zamanı vəkil bildirib ki, naməlum şəxslər məhkəmənin dayandırılmasını tələb ediblər və həm onu, həm də sənətçini hədələyiblər. 

"İş dayandırılmasa, mənə və müvəkkilimə ölüm təhdidləri gəlib. Cinayət işləri açılıb, amma indi onlar dayandırılıb", - vəkil əlavə edib.

Digər məlumata görə, təhdidlər 2024-cü ilin sentyabr ayından etibarən alınıb. Naməlum şəxslər müğənninin mənzil fırıldaqçılığı ilə bağlı polisə şikayətini geri götürməsə, onu öldürməklə və ya maşınını partlatmaqla hədələyiblər. Məhkəmə Dolinanı və vəkilini təhdidlərlə bağlı ayrıca cinayət işində zərərçəkmiş kimi tanıyıb.

Həmçinin bildirilir ki, müğənni "dövlət müdafiəsinə" müraciət etməyə məcbur edilib və cinayətkarlar hələlik müəyyən edilməyib.

Larisa Dolina 2024-cü ilin avqust ayında saxtakarlıq fəaliyyətinə məruz qalıb. Onu Xamovnikidəki dəbdəbəli mənzilini satmağa və pulu təhlükəsiz hesaba köçürməyə razı salıblar. Əməliyyatdan sonra cinayət işi açılıb. Məhkəmə müğənninin tərəfini tutub və mənzili ona qaytarıb.

Picture background

Həmçinin məlum olub ki, müğənni daşınmaz əmlakı ilə bağlı sövdələşmənin uydurma olduğuna və "hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyinə" əmindir.

Məhkəmə qapalı keçirilir. Müttəhimlər kürsüsündə dörd təqsirləndirilən şəxs var: Anjela Tsyrulnikova, Artur Kamenetski, Dmitri Leontyev və Andrey Osnov. Müğənni pulu sonuncunun kartına köçürüb. O, iddia edir ki, heç vaxt vəsaiti almayıb və kartı tanışının xahişi ilə əldə edib.

Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.

Üç yaşında ikən valideynləri ilə birlikdə doğma şəhərləri Odessaya köçüb.

Musiqi karyerasına 1971-ci ildə "Biz odessalılar" estrada orkestri ilə başlayıb. Daha sonra o, Konstantin Orbelyanın rəhbərliyi altında "Ermənistan dövlət estrada orkestri" və Polad Bülbüloğlunun rəhbərliyi altında "Azərbaycan dövlət estrada ansamblı" kimi musiqi qruplarının solisti olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar