Hollivud ulduzu Bred Pitt boşanmasının gələcək planlarına necə təsir etməsindən danışıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, zərgərlik dizayneri İnes de Ramonla uzunmüddətli münasibətdə olmasına baxmayaraq, aktyor yenidən evlənməyi planlaşdırmır.
Aktyorun yaxın ətrafı bildirir ki, 62 yaşlı Pitt hələ də Ancelina Coli ilə boşanmasının nəticələrini ağır şəkildə yaşayır. Mənbələrin sözlərinə görə, keçmiş həyat yoldaşı ilə uzunmüddətli münaqişə və uşaqları ilə mürəkkəb münasibətlər aktyorun evliliyə baxışına ciddi təsir göstərib.
Bu səbəbdən Pitt artıq yenidən ailə qurmaq və ya övlad sahibi olmaq istəmir. Buna baxmayaraq, İnes de Ramonla hazırkı münasibətləri uzun illər davam edən məhkəmə proseslərindən sonra onun emosional vəziyyətinə müsbət təsir edir. 2022-ci ildən artıq birlikdə yaşayan cütlüyün münasibətləri sakit və harmonik kimi xarakterizə olunur.
Bundan sonra onların uzun illər davam edən məhkəmə çəkişmələri başlayıb. Aktyor məişət zorakılığı ilə bağlı ittihamları rədd etsə də, məhz həmin hadisə Hollivudun ən məşhur cütlüklərindən birinin ayrılmasının başlanğıcı olub.
Pitt və Coli boşanma məsələsini yalnız 2024-cü ildə rəsmi şəkildə həll edə biliblər. Bununla belə, keçmiş həyat yoldaşları Fransadakı ortaq mülkləri ilə bağlı məhkəmə çəkişmələrini hələ də davam etdirirlər. Onların birgə evliliyindən dünya gələn Meddoks, Paks, Zahara, Şaylo və əkiz övladları Noks və Vivyenin isə hazırda aktyorla əlaqəsi yoxdur. Zahara yalnız Coli soyadından istifadə edir, Şaylo yetkinlik yaşına çatdıqdan sonra rəsmi olaraq Pitt soyadından imtina edib. Paks isə daha əvvəl sosial şəbəkələrdə aktyor haqqında kəskin fikirlər səsləndirib.
“Coli uşaqları ondan uzaqlaşdırmaq üçün kampaniya aparıb və bu, uğurlu olub. Aralarındakı düşmənçilik çox böyükdür. O, tamamilə uşaqlarından uzaqlaşdırılıb. Bu, onun üçün dəhşətli zərbədir”, - mənbə bildirib.
Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə şəxsi təyyarədə baş verən münaqişədən sonra ayrılıblar.

