Bred Pitt keçmiş arvadının  eşq münasibətinə   sevinir: O, xoşbəxt olacaq
25 iyul 2025 17:22 (UTC +04:00)

Bred Pitt keçmiş arvadının eşq münasibətinə sevinir: O, xoşbəxt olacaq

Hollivudun tanınmış aktyoru Bred Pitt keçmiş həyat yoldaşı Cennifer Enistonun şəxsi inkişaf məşqçisi Cim Körtislə yeni münasibətinə müsbət reaksiya verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı Hollivud ulduzu keçmiş həyat yoldaşının yenidən sevgi tapmasından məmnun olduğunu bildirib.

Pittə yaxın mənbələrin sözlərinə görə, aktyor Enistonun həyatına daxil olan bu yeni şəxsin ona yaxşı münasibət göstərdiyini görüb və buna görə də sevindiyini deyib.

“Bred çox xoşbəxtdir ki, Cenn yeni sevgini tapıb. Düzgün partnyor tapdıqda insanın ruhu sakitlik tapır. O ümid edir ki, Cennifer də bu sakitliyi tapacaq”, – aktyorun dostu qeyd edib.

Xatırladaq ki, Cennifer Enistonun Cim Körtislə münasibəti barədə xəbərlər yalnız bu yaxınlarda yayılıb. Cütlük birlikdə Mayorkada istirahət edərkən görüntülənib və münasibətlərini gizlətməyiblər. Əl-ələ tutaraq gəzdikləri və bir-birilərini öpdükləri müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar