Bred Pitt  yeni sevgilisini   Colidən olan uşaqları ilə tanış edəcək
03 oktyabr 2023 16:57 (UTC +04:00)

Bred Pitt yeni sevgilisini Colidən olan uşaqları ilə tanış edəcək

Hollivud aktyoru Bred Pitt yeni sevgilisi İnes de Ramonu Ancelina Colidən olan övladları ilə tanış etməyi planlaşdırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aktyor hələ övladlarını yeni sevgilisi ilə tanış etməyib, lakin tezliklə hər şey dəyişə bilər.

Ötən həftə məlum olub ki, Bred Pitt yeni sevgilisini dostlarına təqdim edib.

Qeyd edək ki, 2022-ci ilin noyabrında ilk dəfə Bred Pitt və İnes de Ramon arasında sevgi münasibəti haqqında şayiələr yayılıb. Cütlük Bononun Los-Ancelesdəki konsertində, daha sonra isə aktyorun yeni “Babil” filminin premyerasında görüntülənib.

ittin yeni sevgilisi dietoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, "The Vampire Diaries" filminin aktyoru Pol Uesli ilə evliliyi sayəsində məşhurlar cəmiyyətinə daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Fidan İlqar

Oxşar yazılar