92 yaşlı aktrisa Shirley MacLaine uzun müddətdən sonra nadir ictimai görünüşü ilə pərəstişkarlarını sevindirib.
Lent.az xəbər verir ki, bu barədə Entertainment Weekly məlumat yayıb.
Aktrisa 1969-cu ildə çəkilmiş “Sweet Charity” filminin xüsusi nümayişi münasibətilə video vasitəsilə tamaşaçılara müraciət edib. MacLaine filmin ilk nümayişindən və illər ərzində ekran əsərinə münasibətdən danışıb.
92 yaşında olmasına baxmayaraq, aktrisa hələ də kino layihələrində iştirak edir.