Ceki Çanın ölüm xəbəri  ilə bağlı AÇIQLAMA
12 noyabr 2025 19:46 (UTC +04:00)

Ceki Çanın ölüm xəbəri ilə bağlı AÇIQLAMA

0

71 yaşlı Ceki Çan bazar ertəsi axşamı ölümü ilə bağlı şayiələrin mərkəzinə düşüb. Facebook və digər sosial şəbəkələrdə onun vəfat etdiyini iddia edən yalan paylaşımlar yayılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, saxta paylaşımlar Ceki Çanın xəstəxana otağında olduğunu göstərən süni intellekt ilə yaradılan foto və yanlış doğum–ölüm tarixləri ilə müşayiət olunub. Postlardan birində belə yazılıb:

“Bu gün dünya kinematoqrafiyasının ən dəyərli insanı, aktyor, böyük kung-fu ustası, yoluxucu gülüşü ilə milyonların sevimlisi Ceki Çan dünyasını dəyişdi”.

İronik olaraq, süni intellekt tətbiqi Grok istifadəçilərin suallarına cavab verərək vəziyyəti aydınlaşdırıb:

“Xeyr, bu, feykdir. Ceki Çan sağ və sağlamdır. 2025-ci il noyabrın 11-də tədbirdə iştirak edib. O, filmlərdə və reklam layihələrində fəal olaraq fəaliyyətini davam etdirir. Ölüm xəbərləri sosial şəbəkələrdə yayılan saxta paylaşımlardan qaynaqlanıb”.

Bir çox sosial şəbəkə istifadəçiləri qəzəblərini ifadə ediblər:

“Facebook"da belə yalan paylaşım görəndə az qaldım inanım ki, Ceki Çan doğrudan da ölüb”.

Bu, 2025-ci ildə Ceki Çan haqqında yayılan ilk “ölüm xəbəri” deyil. Daha əvvəl onun həyat yoldaşı Coan Lin tərəfindən guya təsdiqləndiyi iddia olunan oxşar xəbər də yayılmışdı. Həmin foto da süni intellektlə yaradılmış saxta təsvir çıxmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar